Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir
Eşqdən məhrum olan insanlığa biganədir
Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri
Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir
Mən əsiri-eşqiyəm öz xalqımın, öz yurdumun
Sevməyən öz xalqını, öz yurdunu divanədir
Qoy Vətən daim işıqlansın...